Nano təmizlik



NANO təmizlik texnologiyası ilə səthlərdə insan saçından da nazik qoruma təbəqəsi yaranır ki, bu təbəqə də fiziki olaraq səthlə sağlam təmas yaradır və onu qoruyur. Bu üsulla təmizlənən səthlərin tərkibinə maye (su,çay,kofe və.s.), kir, kirəc və.s. keçmir və səthlərin sürüşkənliyi azalır.
         

Təbəqə ultra kiçik olduğundan səthin nəfəs almağını təmin edir. Kiçik NANO hissəcikləri istifadə olunan səthlə birləşərək, yalnız mexaniki yolla təmizlənə bilir və uzun müddətli çirkə dayanıqlı,yapışmaz və parlaq səth yaradır.

NANO texnologiyası ilə kimyəvi tərkibli təmizlik vasitələrindən fərqli olaraq ətraf mühitə heç bir zərər vermədən  əldə olunan uzun müddətli gigiyenik təmizlik  aşağıdakı səthlərdə istifadə oluna bilər:

Texnologiyanın irəliləməsi daha təbii məhsullardan istifadənin zəruriliyini artırır.

Belə ki, NANO texnologiyası ilə səth qoruma məhsullarından istifadə üçün dərindən təmizlik əsas şərtdir. Çünki bu texnologiyadan məhz əsaslı və dərindən təmizlik sayəsində istifadə etmək mümkündür.

 “Clean Pak” MMC-nin istifadə etdiyi məhsullar Avropanın ekoloji sertifikatını qazanmış və anti-bakterial səth qoruması ilə yanaşı insanlara və heyvanlara zərər verilmədən istifadə edilə bilir.