Döşəmənin polimer cilası



Polimer cila linolium səthli döşəmələr üçün nəzərdə tutulur. Bu cila linoliumun tərkibinə çirk,boya və aşındırıcı maddələrin çökməsinin qarşısını alır. Linolium  və təbii daş səthli döşəmələrin gündəlik təmizliyində əhəmiyyətli effektə nail olmaq üçün döşəməyə çoxqatlı qoruyucu cila çəkilməsi bütün dünyada qəbul olunmuş faktdır.

Polimer ciladan sonra döşəmənin səthi parlaq olur və çirkdən asanlıqla təmizlənir.
Döşəməyə polimer cila çəkildikdən sonra gündəlik xüsusi qulluq tələb olunur ki, bu da cilanın uzun müddətli qalmasına şərait yaradır. Polimer cilanın gündəlik təmizləyindəki keyfiyyət istifadə olunan yuyucu vasitələrdən asılıdır.