"Clean Pak" Şirkəti 10 ildən artıqdır ki, klininq istehlakçıları və professionalları arasında geniş tanınan və müştərilərinin təmizliklə bağlı bütün problemlərini qısa zaman çərçivəsində həll edən bir şirkətdir.
Şirkətimizin təmizlik sahəsindəki digər şirkətlərdən fərqi problemlərin həllinə kompleks yanaşması, geniş maddi-texniki bazaya malik olması, ekoloji kimyəvi,yuyucu məhsullardan və qabaqcıl texnologiyalardan istifadə etməsidir. Şirkətimizin ən başlıca fərqi isə dünya klininq sahəsindəki yenilikləri ilk olaraq Azərbaycanda tətbiq etməkdən ibarətdir."Clean Pak" MMC Azərbaycanda ilk şirkət olaraq təmizlik sahəsində NANO texnologiyaların tətbiqinə başlamışdır.
Şirkətimiz insan amilinin əsas götürülməsi, xidmətin keyfiyyət tələbləri, peşə təhlükəsizliyi üçün sağlamlıq və təhlükəsizlik prinsipini əsas götürərək Azərbaycanda yeganə təmizlik şirkətidir ki, İSO 9001:2008 və OHSAS 18001 sertifikatlarını almışdır."Clean Pak" həm də klininq sahəsində xidmət həcminin stabil inkişafına görə "The First" və "İlin Markası" mükafatlarına layiq görülmüşdür.
Şirkətimiz təcrübəli və peşəkar mütəxəssisləri ilə müxtəlif təmizlik işlərini təklif edir: sənaye alpinizmi, şüşələrin yuyulması, mərmər cilalanması,qranit səthlərin bərpası, xalça və yumşaq mebel dəstlərinin təmizlənməsi və.s.
"Clean Pak" MMC çalışır ki. daim keyfiyyətli xidmət göstərərək müştərilərini razı salsın.
Təmizlik-Sağlamlıqdır!